E-KİTABLAR


Cəfərov N. Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri

Müəllif Nİzami Ceferov
Nəşr olunduğu il 2001
Elm sahəsi 15
Nəşriyyat XXI - Yeni Nəşrlər Evi
Nəşr yeri Bakı

Nİzami Ceferov. Cəfərov N. Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri. Bakı, XXI - Yeni Nəşrlər Evi, 2001.

Azərbaycanlılar bir xalq (superetnos!) olaraq dünyanın sosial-siyasi baxımdan kifayət qədər “narahat” bir coğrafiyasında, min ildən artıq davam edən mürəkkəb etnik proseslərin nəticəsində formalaşmışdır. Və məlum olduğu kimi, Azərbaycan xalqı öz adını, XIX əsrin ortalarından başlayaraq, formalaşdığı coğrafiyanın adından almışdır. Belə ki, həmin dövrə qədər onlar əsasən türk, XIX əsrin ortalarından sonra isə həm də Azərbaycan türkləri adlanmışlar.