Heydər Əliyev və Qafqazda sülh prosesi: magistr hazırlığı üçün proqram
Müəllif | Hüseynova İradə Mehtiqulu qızı |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | 11 |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
Hüseynova İradə Mehtiqulu qızı. Heydər Əliyev və Qafqazda sülh prosesi: magistr hazırlığı üçün proqram. Bakı, Təhsil, 2003.
Proqram Qafqazda sülh prosesinin vacibliyini doğuran sosial-siyasi, iqtisadi və mədəni amillərin, «Ümumi Qafqaz evi» ideyasının, Qafqazda sülh, əmin-amanlıq
və təhlükəsizliyin, Qafqazın dünyanın inkişaf etmiş dövlətləri ilə inteqrasiyası kimi qlobal məsələlərin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
ideyaları işığında kompleks şəkildə öyrənilməsinə həsr edilmişdir. Proqramda tarixşünaslıqda ilk dəfə olaraq Heydər Əliyevin «Vətəndə sülh, bölgədə sülh,
dünyada sülh!» konsepsiyası əsasında Qafqaz dövlətlərinin və xalqlarının sülh, əmin-amanlıq və milli təhlükəsizliyi naminə apardığı ardıcıl mübarizənin, həyata
keçirdiyi titanik fəaliyyətin əsas istiqamətləri ümumiləşdirilir. Proqram ali təhsilin magistratura pilləsində təhsil alan tarixçilər, Qafqazşünaslar, politoloqlar,
diplomatlar üçün nəzərdə tutulur. Proqram Azərbaycan, rus və ingilis dillərində nəşr edilir.