AZƏRBAYCAN ETNOQRAFİYASI CƏFƏR CABBARLI YARADICILIĞINDA (tarixi-etnoqrafik tədqiqat)
Müəllif | HƏQİQƏT ZAHİDOVA |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | 7 |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
HƏQİQƏT ZAHİDOVA. AZƏRBAYCAN ETNOQRAFİYASI CƏFƏR CABBARLI YARADICILIĞINDA (tarixi-etnoqrafik tədqiqat). Bakı, Elm, 2011.
Azərbaycan sovet dramaturgiyasının banisi, ictimai-siyasi xadim, dramaturq, tarixçi, rejissor, filosof, jurnalist, şərqşünas Cəfər Cabbarlının zəngin bədii və elmi yaradıcılığı müxtəlif elm sahələri tərəfindən tədqiq olunmuş və çoxsaylı əsərlər yazılmışdır. Tarix elmləri üzrəfəlsəfə doktoru Həqiqət Əhmədağa qızı Zahidovanın təqdim edilən "Azərbaycan etnoqrafiyası Cəfər Cabbarlı yaradıcılığında” adlı monoqrafiyası bu böyük mütəfəkkirin yaradıcılığının etnoqrafik baxımından araşdırılmasına həsr edilmiş ilk tədqiqat əsəridir.