BAKI – 1501 (Azərbaycan romanı)
Müəllif | Əzizə Cəfərzadə |
---|---|
Nəşr olunduğu il | 1981 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Yazıçı |
Nəşr yeri | Bakı |
Əzizə Cəfərzadə. BAKI – 1501 (Azərbaycan romanı). Bakı, Yazıçı, 1981.
Tanınmış yazıçı Əzizə Cəfərzadənin 3 hissədən ibarət olan bu romanı XVI əsrin əvvəllərində Azərbaycanın coğrafi baxımından indiki və ətraf ərazilərində baş verən müharibələrdən və dini çəkişmələrdən, Azərbaycandakı Səfəvilər dövlətinin qüdrətlənməsindən, qızılbaşların Şamaxıya və Bakı qalasına hücumundan, Şah İsmayıl Xətainin bir padşah, sərkərdə və şair kimi mürəkkəb həyatından bəhs edir. Əsər Sovet dönəmində yazılsa da müəllif bütün əsər boyu Azərbaycan vətənpərvərliyini və
Azərbaycan dilinin əhəmiyyətini cəsarətlə önə çəkib... Əsəri maraqlı edən bir cəhət də onun çoxlu tarixi faktları bədii (bəzən rəvayət şəklində) obrazlarla canlandırmasıdır.