Azərbaycan dastanlarının struktur poetikası
Müəllif | Məhərrəm Cəfərli |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Nurlan |
Nəşr yeri | Bakı |
Məhərrəm Cəfərli. Azərbaycan dastanlarının struktur poetikası. Bakı, Nurlan, 2010.
Filologiya elmləri doktoru, professor M.Cəfərlinin dastanlarımızın strukturuna, mifoloji genezisinə, janr özünəməxsusluğuna dair tədqiqatları məzmunu baxımından
çox zəngindir. Alimin uzun illər gərgin və səmərəli tədqiqatlarının nəticəsi olan bu monoqrafiya Azərbaycan dastanşünaslığına ciddi töhfədir. Ümumtürk dastançılıq ənənəsində dastanlarımızın yeri, genezisi, folklor mətni kimi strukturu, obrazlar sistemi, dastan-mif əlaqələri və başqa məsələlər elmi-nəzəri dəlillərlə şərh edilir, mühüm elmi qənaətlər əldə olunur.