E-KİTABLAR


Bakının memarlıq ensiklopediyası

Müəllif
Nəşr olunduğu il 2013
Elm sahəsi 7
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

. Bakının memarlıq ensiklopediyası. Bakı, Şərq-Qərb, 2013.

Bakı yalnız təbii-coğrafi mövqeyi və ilkin orta əsrlərdən XX əsrin əvvəllərinə qədər keçdiyi tarixi inkişaf yolu, Şərq və Qərb bədii mədəniyyətlərinin qovuşduğu nadir məkan kimi tanınmır. Bu şəhər - unikal memarlıq fenomenidir. Bu məkanda yerli memarlıq ənənələri, yüksək inşaat mədəniyyəti, xalq arasından çıxmış memarların və peşəkar arxitektorların birgə yaradıcılığından qaynaqlanan özünəməxsus bədii sistem təşəkkül tapmışdır. Belə bir sintez məcmu halında məzmununa, həcmi həllinə və siluetinə görə fərqlənən çox gözəl tikililər ərsəyə gətirmişdir. Bunlar, sadəcə olaraq, müxtəlif memarlıq cərəyanlarının fərqli üslub səciyyəsi və çalarlarma malik olub, şəhərin simasını formalaşdıran adi tikililər deyil. Bu binalarİçərişəhərin mürəkkəb relyefli, dar küçəli məhəllələrindən ucalan həcmi kütlələrin fərdi memarlıq ifadəsinin nadir və düşünülmüş şərhidir. Demək olar ki, tarixi şəhərin ümumi plan-memarlıq quruluşuna daxil olan hər bir tikili fəal bədii mövqeyə malikdir, bütövlükdə isə onlar İçərişəhərin əhəmiyyətli memarlıq fenomenini müəyyən edən doğma simasını formalaşdırırlar.