Öyrənmək və dərk etmək, uğurlu yaşam demək.
Müəllif | Vaqif Məhərrəm oğlu Abbasov. |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | 13 |
Nəşriyyat | Savad, |
Nəşr yeri | Bakı |
Vaqif Məhərrəm oğlu Abbasov.. Öyrənmək və dərk etmək, uğurlu yaşam demək.. Bakı, Savad,, 2023.
Əziz oxucularım! Yenidən sizlərlə görüşə gəldim. Fikirlərimi sizlərlə paylaşmaq isdədim. Mən söz düzümlərimi çap etdirərkən hər zaman bəyan etmişəm ki, şair deyiləm, yazdıqlarımın da şeir olmasına iddialı olmadım. Sadəcə dünyaya baxışlarımı, sevdiklərimi, sevmədiklərimi ifadə etməyin bu yolunu seçdim. Nələri, kimləri, nə üçün sevdiyimin və sevmədiyimin səbəblərini bu yolla ifadə etdim. Xalqımızdan, Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevdən, dövlətimizdən, dövlətimin dahi və müdrik Rəhbərlərindən, Azərbaycan gəncliyindən qürur duyduğumu ifadə etdim. Qəhraman şəhidlərimizi, qəhraman qazilərimizi, onları xalqımıza bəxş etmiş anaları gücüm çatanqədər tərənnüm etdim.