Qlobal ekoloji problemlər: səbəblər, həlli yolları, “yaşıl” enerji
Müəllif | Abbasov V.M., Qurbanov S.H., Yusibov Y.Ə., Hacıyeva S.R., Əzizov R.E., Qasımov E.E., Əmirli F.Ə., Məmmədxanova S.Ə., Ağamalıyev Z.Z., Abbasova Ü.V., Məmmədli E.M |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | 21 |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Abbasov V.M., Qurbanov S.H., Yusibov Y.Ə., Hacıyeva S.R., Əzizov R.E., Qasımov E.E., Əmirli F.Ə., Məmmədxanova S.Ə., Ağamalıyev Z.Z., Abbasova Ü.V., Məmmədli E.M. Qlobal ekoloji problemlər: səbəblər, həlli yolları, “yaşıl” enerji. Bakı, Elm, 2024.
Hazırda qlobal ekoloji problemlər elə kritik həddə çatıb ki, onl E.M. .arın təcili olaraq həllinə başlamaq lazımdır. Bu problemlərin həqiqi səbəblərini bilmədən, qeyri-antropogen səbəblər nəzərə alınmadan onların həlli üçün dəqiq “yol xəritəsi” hazırlamaq çətindir. Təqdim olunan kitab, qeyd olunan səbəblərin təhlili və doğru həll yolunu seçmək baxımından zəngin mənbədir. Kitabda dünyanın bu sahədə ən son məlumatlarının geniş təhli-
li verilmişdir. Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP-29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarı ölkəmizdə ekoloji problemlərin həllinə, “yaşıl enerji” istehsalına və istifadəsinə dövlətsəviyyəsində yüksək diqqət və qayğının təsdiqidir. Kitabda Azərbaycan dövlətinin ekoloji problemlərin həlli, “yaşıl enerji” sahəsində işlər haqqında qəbul etdiyi sənədlər barəsində də məlumatlar verilib.Təqdim olunan kitab universitetlərin ekologiya, kimya, fizika, kimya texnologiya, materialşünaslıq, qida mühəndisliyi fakültələrinin tələbələri, magistraturada təhsil alan tələbələr, doktorantlar, tədqiqatçı alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.