QAZ KİMYASI (Tədris vəsaiti)
Müəllif | V.M.Abbasov, T.M.Nağıyev, H.C.İbrahimov, T.A.Məmmədova, M.M.Abbasov, Z.Z.Ağamalıyev, F.Ə.Əmirov |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | 21 |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
V.M.Abbasov, T.M.Nağıyev, H.C.İbrahimov, T.A.Məmmədova, M.M.Abbasov, Z.Z.Ağamalıyev, F.Ə.Əmirov. QAZ KİMYASI (Tədris vəsaiti) . Bakı, Elm, 2015.
Son zamanlar təbii qazın komponentlərinin hərtərəfli tətbiqi ilə bağlı işlər daha böyük əhəmiyyət kəsb edir, çünki onlardan alınan məhsullar çox qiymətlidir. Təqdim olunan tədris vəsaitinin əsas məqsədi qaz kimyasının inkişaf istiqamətləri barədə ümumi məlumat verməkdən, hazırda istifadə olunan və perspektivdə işlənib hazırlanması gözlənilən əsas texnoloji proseslərə nəzər yetirməkdən, təbii qazın fiziki və kimyəvi emalı haqda olan materialları sistemləşdirməkdən, bu gün dünyada yaranan qaz emalı sənayesinin vəziyyətini və inkişaf perspektivlərini göstərməkdən ibarətdir. Tədris vəsaiti təbii qazın emalı və tətbiqi məsələləri ilə məşğul olan doktorant və mütəxəssislər üçün nəzərdə tutulmuşdur.