E-KİTABLAR


Üzvi kimyanın qeyri-adi reaksiyaları

Müəllif S.Ə. İsmayılov, V.M. Abbasov
Nəşr olunduğu il 2017
Elm sahəsi 21
Nəşriyyat
Nəşr yeri Bakı

S.Ə. İsmayılov, V.M. Abbasov. Üzvi kimyanın qeyri-adi reaksiyaları. Bakı, , 2017.

Kitabda əsas üstünlük mövcud olan anomal reaksiyaların mexanizminin izahına verilmişdir. Daha doğrusu, reaksiyanın həqiqətə uyğun mexanizmini mərhələlərlə dərk etmədən onun uyğun gedişi üçün optimal şəraitin tapılması da sual altında olacaqdır. Məsələn, tələbə bilməlidir ki, mürəkkəb efirin üzvi turşu və spirtdən sintezi üçün mütləq turş mühit olmalıdır (pH<7) ki, hidroksonium ionu əmələ gələ bilsin. İkincisi, qarışıq qızdırılaraq ayrılan su mühitdən kənarlaşdırılmalıdır ki, reaksiyanın tarazlığı efir alınması istiqamətində pozulsun. Bu və buna bənzər yanaşmalara yeri gəldikcə əhatəli şəkildə toxunulur.