E-KİTABLAR


Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni həyatı)

Müəllif Sevil Piriyeva
Nəşr olunduğu il 2005
Elm sahəsi 7
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Sevil Piriyeva. Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni həyatı). Bakı, Elm, 2005.

Monoqrafiyada qədim türk etnoslarından biri olan Ahıska türklərinin 1944-cü ildə öz tarixi Vətənləri olan və Gürcüstan SSR ərazisində yerləşən Ahıskadan Qazaxıstan və Orta Asiya respublikalarına sürgün edilməsindən, əhalinin bu ərazilərdə keçirdikləri sürgünlük həyatından, daha sonra onlara bəraət verilməsindən bəhs olunur. Lakin öz əzəli torpaqlarına qayıtmalarına icazə verilməməsi ilə əlaqədar olaraq əhalinin Azərbaycanda məskunlaşdırılması mərhələləri, ən nəhayət Azərbaycanda özlərinə yeni Vətən tapmaları, əhalinin həyat tərzi ilə yanaşı, onların öz tarixi torpaqlarına dönmələri uğrunda mübarizə aparmaları tədqiqata cəlb edilmişdir. Əsərdən tarixçilər, politoloqlar, filosoflar, filoloqlar, etnoqraflar və türkoloqlar istifadə edə bilərlər.