E-KİTABLAR


Olduğu kimi görünən insan

Müəllif
Nəşr olunduğu il 2017
Elm sahəsi 10
Nəşriyyat "Zərdabi LTD” MMC
Nəşr yeri Bakı

. Olduğu kimi görünən insan. Bakı, "Zərdabi LTD” MMC, 2017.

Kitabda tarix bilimləri doktoru, professor Elmira Muradəliyevanın bilimpedaqoji və ictimai yaşamda mövqeyi açıqlanır. Tələbəlik illərindən günümüzədək onun yaşamı doğma Dövlət Universiteti ilə bağlıdır. Professor E.Muradəliyeva Azərbaycan tarixini gənclərimizə sevdirməsində böyük əməyi olan pedaqoqlardandır. Vaxtilə Əliyarlı tarix məktəbini uğurla keçmiş Elmira xanım artıq özünün bilim məktəbini yaradıb. Öz tələbələrinə qarşı diqqət və qayğı ilə yanaşan pedaqoq bir çox yetənəkli tələbəni bilim yoluna yönəldib. Onun başçılığı ilə tələbə bilim işindən başlayaraq dissertasiya pilləsinədək bilim işləri müdafiə olunub. Kitabda bu barədə tələbələri böyük sevgi ilə söz açır. Kitabda bilim-pedaqoji işi ilə yanaşı prof. E.Muradəliyevanın özəlliyini açan başqa mövzular da yer alıb. Belə ki, ölkədə gedən proseslərə o, laqeyd qalmayıb. Onun mövqeyi, düşüncələri ayrı-ayrı illərdə verdiyi intervülərdə də açıqlanır.