İŞGƏNCƏLƏR ƏLEYHİNƏ MİLLİ PREVENTİV MEXANİZMİN FƏALİYYƏTİNƏ DAİR H E S A B A T - 2016
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | 8 |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. İŞGƏNCƏLƏR ƏLEYHİNƏ MİLLİ PREVENTİV MEXANİZMİN FƏALİYYƏTİNƏ DAİR H E S A B A T - 2016. Bakı, , 2017.
Təqdim olunan hesabatda BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş Milli Preventiv Mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin 2016-ci il üzrə həyata keçirdiyi fəaliyyət, irəli sürülən təklif və tövsiyələr yer almışdır. Bu hesabat ümumilikdə Müvəkkilin Milli Preventiv Mexanizm funksiyalarının həyata keçirilməsi prosesində BMT-nin İşgəncələrin Qarşısının
Alınması üzrə Komitəsi, İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitə (SPT) və İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT), habelə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının dövrü məruzələri üzrə verilmiş təklif və tövsiyələri nəzərə alınmışdır
Hesabata başçəkmələrin nəticəsi olaraq təhlillər əsasında hazırlanmış məlumatlar, statistik göstəricilər, habelə “İşgəncə və digər qəddar, qeyriinsani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolu əlavə edilmişdir.