Azərbaycan florasının yovşan (Artemisia L.) növləri və onların xemotaksonomiyası.
Müəllif | Ə.N. Ələsgərova. |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | 22 |
Nəşriyyat | “Elm” |
Nəşr yeri | Bakı |
Ə.N. Ələsgərova.. Azərbaycan florasının yovşan (Artemisia L.) növləri və onların xemotaksonomiyası.. Bakı, “Elm”, 2019.
“Azərbaycan florasınmm yovşan {Artemisia L.) növləri və onlarm xemotaksonomiyası” monoqrafiyasında Artemisia L. cinsinin Azərbaycanın təbii florasında 38 növ və
4 variasiyasının (42 takson) yayıldığı təsdiq edilmiş, onlarm yeni arealları dəqiqləşdirilmiş, 4 yeni yovşan növü, 7 variasiya ilk dəfə göstərilmiş, 10 növün endemikliyi aşkar edilmişdir. Monoqrafiyanın yeniliyi, elmə verilən ən böyük töhfəsi - xemotaksonomiya metodundan istifadə etməklə, növlərdən alman seskviterpen laktonlardan kimyəvi marker kimi istifadə edərək 8 növün növ statusu bərpa edilmişdir. 18 yeni yüksək antioksidant fəallığa malik seskviterpen laktonlar alınmışdır ki, bunlar da farmakoloji tədqiqatlar aparmaq üçün tövsiyə edilir. İlk dəfə olaraq Azərbaycan florasında yayılan 18 yovşan növünün efir yağmm faizlə miqdarı və 7 növün komponent tərkibi, 8 yovşan növünün efir yağmm protozoosid, 8 növün antimikrob, 12 növün funqsid, 6 növün antivirus, 11 növün fumiqant təsiri, 14 növün isə sulu dəmləmələrinin in vivo və in vitro-da protozoosid xüsusiyyətlərə malik olması aşkar edilmişdir. Monoqrafiyadan botaniklər, alı məktəblərin biologiya fakültəsinin tələbələri, kimyaçılar, əczaçılar, maraqlanan hər kəs faydalana bilər.