E-KİTABLAR


XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət

Müəllif Fuad Əliyev
Nəşr olunduğu il 1964
Elm sahəsi 7
Nəşriyyat Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı
Nəşr yeri Bakı

Fuad Əliyev. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1964.

XVIII əsrin birinci yarısı Azərbaycan tarixinin ən az öyrənilmiş sahələrindən biridir. Doğrudur, həmin dövrün ayrı-ayrı məsələlərinə bir sıra elmitədqiqat əsərlərində toxunulmuşdur. Lakin bu məsələlərin əksəriyyəti ümumi şəkildə qoyulmuş, bu və ya digər məsələnin ayrılıqda həllinə xüsusi yer verilməmişdir. XVIII əsrin birinci yarısında Azərbaycan şəhərlərinin iqtisadi vəziyyəti, daxili və xarici ticarəti haqqında hələ çox az yazılmışdır. Halbuki XVIII əsrin birinci yarısında Azərbaycanın başqa ölkələrlə, xüsusilə Rusiya dövləti ilə ticarət əlaqələri gələcəkdə Azərbaycan xalqının taleyində mühüm rol oynayan amillərdən biri olmuşdur.