E-KİTABLAR


Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər)

Müəllif Əkbər N.Nəcəf
Nəşr olunduğu il 2010
Elm sahəsi 7
Nəşriyyat Qanun
Nəşr yeri Bakı

Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər). Bakı, Qanun, 2010.

Azərbaycan tarixçiliyində ilk dəfə tədqiq olunan mövzu, oğuz türk­lə­ri­nin tarix səhnəsinə çıx­masından Səlcuqlu dövlətləri və atabəylərinin sü­qu­tu­na qədərki uzun dövrə işıq tutmaqdadır. Ki­tabda oğuzların ulu əcdadı he­sab edilən Tilər, İşquzlar, Tinq-linqlər, Kao-çelər, Töleslər və Oqur/ Oğur­la­rın m.ə. 3000-ci ildən başlayıb VIII-əsrə qədər tarixi qısa tədqiq edilmiş və Oğuz Yabqu dövləti (766-1050) haqqında məlumat verilmişdir. Monoq­ra­fi­ya­nın əsas mövzusunu təşkil edən Böyük Səlcuqlular dövlətinin (990-1162, İraq və Xorasan Səlcuqluları da daxil olmaqla) siyasi, hərbi, dövlət təşkilatı, sosial və­ziy­yəti və mədəniyyət ətraflı araşdırıldıqdan sonra Kirman (1041-1187), Su­ri­ya (1078-1117) və Türkiyə (1077-1308) ərazisində qurulmuş səlcuqlu döv­lət­lərinin ta­rixi şərh edil­mişdir. Səlcuqlu mərkəzi hakimiyyətinin zəiflə­mə­siy­lə ortaya çıxan Azərbaycan Ata­bəyləri El­dəgəzlər (1136-1225), Mosul Ata­bəylər Zəngilər (1127-1259), Şam Atabəyləri Toqtə­ginlər (1104-1154), Fars Atabəyləri Salqurlular (1147-1284), Ərbil Atabəylər Bəytəginlər (1132-1232), Yəzd Atabəyləri Kəngərlər (1141-1318), Marağa Atabəyləri Ağsunqurlular (1117-1227), Əhər məlikləri Piştəginlər (1155-1231), Luris­tan Atabəyləri Xəzərəsblər (1148-1424); Xarəzm­şahlar (1097-1231), Sal­tuq­lu­lar (1092-1201), Artuqlular (1101-1409), Ərmənşahlar (1100-1208), Da­niş­məndlilər (1092-1178), Məngücüklər (1118-1250), Dəmləçoğulları (1085-1183), İnaloğulları (1095-1183) kimi səlcuqlu atabəyləri və dövlətləri üzə­rində durulan kitab dörd hissədən və ümu­milikdə 24 fə­sildən ibarətdir