Dağlıq Qarabağ həqiqətləri və beynəlxalq hüquq. Dərs vəsaiti
Müəllif | Sadir Məmmədov, Tural Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | 8 |
Nəşriyyat | Mütərcim |
Nəşr yeri | Bakı |
Sadir Məmmədov, Tural Məmmədov. Dağlıq Qarabağ həqiqətləri və beynəlxalq hüquq. Dərs vəsaiti. Bakı, Mütərcim, 2018.
Qarabağ müharibəsində erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş, onların azərbaycanlılar əleyhinə törətdikləri qanlı cinayətləri gözləri ilə görmüş polis polkovniki Sadir Məmmədov təqdim olunan dərs vəsaitində tarix və müasirlik baxımından tutarlı dəlillərlə erməni saxtakarlığını, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Ümummilli liderimiz H.Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rolu və fəaliyyəti, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq hüquqa zidd olan əməlləri, postsovet məkanında baş verən etnik münaqişələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti kontekstində təhlil etməyə və üzə çıxarmağa çalışmışdır.