E-KİTABLAR


Emosiyaların psixologiyası

Müəllif G.Q.Hüseynova, Y.Ə.Vəliyeva
Nəşr olunduğu il 2022
Elm sahəsi 10
Nəşriyyat “Füyuzat”
Nəşr yeri Bakı

G.Q.Hüseynova, Y.Ə.Vəliyeva. Emosiyaların psixologiyası. Bakı, “Füyuzat” , 2022.

“Emosiya” latın sözü olub, “emavere” həyəcanlandırmaq, ehtiraslandırmaq deməkdir. Emosiya orqanizmin elə fizioloji vəziyyətidir ki, o, insanın bütün hisslərini və narahatlıqlarını əhatə edən subyektiv haldır. İnsanı dərin travmaya salan dərdqəmdən başlamış ən yüksək formalı sevinc həddinə qədər çatdıra bilən emosiya elə bir reaksiya formasıdır ki, o mütləq orqanizmi bütövlükdə əhatə edir və parlaq subyektiv xarakter daşıyır.