Mənəvi‐estetik dəyərlər: mahiyyəti, tarixi və bu günü
Müəllif | Əsədova Nailə |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | 17 |
Nəşriyyat | QHT nəşriyyatı |
Nəşr yeri | Bakı |
Əsədova Nailə. Mənəvi‐estetik dəyərlər: mahiyyəti, tarixi və bu günü. Bakı, QHT nəşriyyatı, 2017.
Əsər iki fəsildən ibarət tərtib olunmuşdur. Birinci fəsil “estetik təfəkkür” anlayışının fəlsəfi rakursda təhlili və onun mənəvi əsaslarının müəyyənləşdirilməsi ilə
bağlıdır. Burada “estetik təfəkkür” anlayışına onun başlıca xüsusiyyəti əsasında müəllif tərəfindən tərif verilir, estetik təfəkkürün ontoloji əsasları mənəvi dəyərlər fonunda müəyyənləşdirilir, tədqiqatın özül anlayışları vahid bir əsasda tarazlığa gətirilir. İkinci fəsildə mənəvi‐estetik dəyərlər tarixi kontekstdə araşdırılır və onların başlıca təkamül mərhələləri müəyyənləşdirilir. Burada qədim dövr estetik təfəkkürü kosmosentrizm prinsipi əsasında, orta əsr estetik təfəkkürü teosentrik paradiqma kontekstində, Yeni dövr estetik təfəkkürü isə analitik elmi paradiqma əsasında tədqiq edilir. Burada estetik təfəkkürdə son paradiqma əvəzlənməsi kimi analitik estetik təfəkkürün postmodernist estetik təfəkkürə transformasiyası nəzərdən keçirilir.