E-KİTABLAR


Naxçıvanda məktəb və pedaqoji fikir

Müəllif Vahid Rzayev
Nəşr olunduğu il 2018
Elm sahəsi 10
Nəşriyyat Nəşriyyat-Poliqrafiya Birliyi
Nəşr yeri Naxçıvan

Vahid Rzayev. Naxçıvanda məktəb və pedaqoji fikir. Naxçıvan, Nəşriyyat-Poliqrafiya Birliyi, 2018.

Monoqrafiyada XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın qədim bölgələrindən olan Naxçıvanda məscid məktəbləri və mədrəsələr, rus dövlətinin yaratdığı təhsil müəssisələri (Naxçıvan qəza məktəbi, Ordubad şəhər ibtidai məktəbi, kənd ibtidai məktəbləri və s.), M.T.Sidqinin ana dili məktəbləri, həmçinin Naxçıvan rus-Azərbaycan oğlan və qız məktəbinin yaranması və inkişaf tarixi, bu məktəblərdə təhsilin məzmunu, şagirdlərin milli və silki tərkibi, ştatlı nəzarətçilər və fənn müəllimləri, tədris vəsaitləri, kitabxana fondu və digər məsələlər ilk dəfə olaraq hərtərəfli və sistemli şəkildə araşdırılır.