Riyaziyyatın tədrisində ümumiləşdirmə
Müəllif | Ə.A.Quliyev |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Riyaziyya |
Nəşriyyat | “Nurlan” |
Nəşr yeri | Bakı |
Ə.A.Quliyev. Riyaziyyatın tədrisində ümumiləşdirmə. Bakı, “Nurlan”, 2009.
Müasir riyazi təlim elə formalaşmış, elə inkişaf səviyyəsinə çatmışdır ki, şagirdlərin və eləcə də tələbələrin yalnız nəzəri biliklərinə əsaslanmaqla keçilən dərslər, öyrənilən təlim materialları çox da səmərəli təşkil olunan dərs olmaz, məqbul hesab oluna bilməz. Onların diqqətçillik, müstəqillik və nəticəçıxarma kimi fərdi keyfiyyətləri öyrənmə üçün əsas və zəruri şərtlərdəndir. Elə bu baxımdan da təlim üsullarının tətbiqi təlim prosesində bu kimi keyfiyyətlərin formalaşması baxımından əvəzolunmaz bir xüsusiyyəti əks etdirən məsələdir.