Qeyri-üzvi kimyanın nəzəri əsasları
Müəllif | Asəf Quliyev |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | 21 |
Nəşriyyat | «Nurlan» |
Nəşr yeri | Bakı |
Asəf Quliyev. Qeyri-üzvi kimyanın nəzəri əsasları. Bakı, «Nurlan», 2003.
Kitaba qeyri-üzvi kimyanın ümumi nəzəri məsələlərini əhatə edən mövzular daxil edilmişdir. Atomun quruluşu, kimyəvi rabitə və molekulun quruluşunun öyrənilməsinə dair verilən mövzularda kvant mexanikasının müddəalarından geniş istifadə olunmuşdur. Kitab ali məktəblərin kimya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Ondan həmçinin kimyanın nəzəri məsələləri ilə daha dərindən tanış olmaq istəyən başqa fakültələrin (fizika, biologiya və s.) tələbələri də istifadə edə bilərlər. Kitab orta və ali məktəblərin müəllimləri, elmi işçilər, aspirantlar və magistrantlar üçün də faydalı ola bilər.