Seçilmiş əsərləri
Müəllif | Yusif Səmədoğlu |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | 9 |
Nəşriyyat | “Şərq-Qərb” |
Nəşr yeri | Bakı |
Yusif Səmədoğlu. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005.
Bu kitabda tanınmış yazıçı Yusif Səmədoğlunun məşhur “Qətl günü” romanı və müxtəlif illərdə işıq üzü görmüş hekayələri toplanmışdır. Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin ən görkəmli simalarındandır. Onun qələmindən çıxmış “Soyuq daş”, “Foto-fantaziya”, “İncə dərəsində yaz çağı”, “Bayatı-Şiraz”, “Astana” klassik hekayə örnəkləri olub, psixoloji və ictimai siqləti ilə 1960-70-ci illər nəsrimizin keyfiyyətcə yeniləşməsindən, daha dərin məzmun, daha kamil üslub, daha maraqlı forma
axtarışlarından xəbər verirdi, “Qətl günü” romanı isə yazıçı kimi Yusif Səmədoğlunun da, yeni nəsrimizin də zirvə əsəridir. Çağdaş romançılıq axtarışlarının ən uğurlu nəticələrini özündə əks etdirən “Qətl günü” yüksək humanist pafosla yazılan və işıqlı, xoş duyğular oyadan əsərdir. Burada zülmün hər hansı şəklinə qarşı, insan
mənliyini tapdalayan, mənəviyyatım əzən zorakılığa qarşı acı bir etiraz var.