E-KİTABLAR


Uzaq yaşıl ada

Müəllif Vaqif Səmədoğlu
Nəşr olunduğu il 2004
Elm sahəsi 9
Nəşriyyat “Şərq-Qərb”
Nəşr yeri Bakı

Vaqif Səmədoğlu. Uzaq yaşıl ada. Bakı, “Şərq-Qərb”, 2004.

Vaqif Səmədoğlu! Şeirlərini həmişə həsrətlə gözlədiyimiz, oxuduğumuz bənzərsiz Azərbaycan şairi... Bugünkü ədəbiyyatımızda tənhalıq poeziyasını yaradan söz ustası kimi onun bir ayrı yeri var. Vaqifin şeirləri ilahi ile söhbətdir. İlahi ilə söhbət hər insanın, hor şairin işi deyil. Vaqif Səmədoğlunun tənhalığı məzmun etibarilə ilahi tənhahqdır. Oxuculara təqdim olunan bu kitabda şairin müxtəlif illərdə qələmi aldığı əsərlər toplanmışdır. Bu əsərlər əvvəli və sonu bilinməyən bir səsdi. Mışılmışıl yatan südəmər körpənin, bir ömür yaşamış yaşlı bir insanın nəfəsi var onlarda. İnsan qulağının eşitmə hüdudlarını aşıb birbaş ovqata keçir Şy səs. Qulaq asaq, dinləyək “harada btkküye ilişib çıxa biknuşun'” ba susdu, “qarib şerə dötımüş ana dilin sözlərini”... Bu şeirlərdə pıçıltı-pıçıltı açılan çiçəklərin səsi, nəfəsi, qürub çağının bənzərsiz rəngləri, uzaq, yaşıl bir adanın tənhalığı, Ay işığından könüllərə yol çəkən, müqəddəs “dərdin, kədərin özündən belə dostlarına, doğmalarına səadət yaratmaq” istəyən qərib bir şairin sehrli dünyası var. Gəlin, zeytun kölgəsinin sərinliyi hopmuş, uzaqlardan yol gələn bq qərib nəğmələri birlikdə oxuyaq.