Seçilmiş əsərləıi Üç cilddə. II cild.
Müəllif | Süleyman Rüstəm |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | 9 |
Nəşriyyat | "ŞərqQərb" |
Nəşr yeri | Bakı |
Süleyman Rüstəm. Seçilmiş əsərləıi Üç cilddə. II cild.. Bakı, "ŞərqQərb", 2005.
Yaradıcılığı Azərbaycan ədəbiyyatımn yeni dövrünə təsadüf edən Süleyman Rüstəm poeziyada milli, klassik ənənələrin davamçısı olmuş, eyni zamanda bu ənənələri öz yenilik axtanşlan ilə əhəmiyyətli dərəcədə zənginləşdirmiş, şerimizin novator xüsusiyyətlərinin yaranmasında diqqətəlayiq rol oynamışdır. Süleyman Rüstəmin poetik incilər xəzinəsində Vətənə məhəbbət çələngi olan Cənub şeirlərinin xüsusi yeri var. Bu şeirlərin lirik qəhrəmammn qəlbində bir azərbaycanlı kimi Cənub həsrəti son dərəcə güclüdür. Ancaq heç bir yerdə bu həsrət sızıltıya, düşkünlüyə çevrilmir. Şairin Təbriz qəzəlləri xalq dərdinin, böyük insan arzulanmn, işıqlı bir dünya həsrətinin bəzən yamqlı, bəzən də qəzəbli səslənən rübabıdır. "Seçilmiş əsərləri"nin II cildində şairin geniş bir silsilə təşkil edən Cənub mövzulu şeirlərlə yanaşı, həmçinin poemalan, eləcə də xatirələri toplanmışdır.