Seçilmiş əsərləıi. Üç cilddə. I cild
Müəllif | Süleyman Rüstəm |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | 9 |
Nəşriyyat | "Şərq-Qərb" |
Nəşr yeri | Bakı |
Süleyman Rüstəm. Seçilmiş əsərləıi. Üç cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005.
Xalq şairi Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatının ilk təməlini qoyan yazıçılar nəslin mənsubdur. Qüdərtli söz ustasınm çoxcəhətli yaradıcılığı yeni səpkili milli poeziyanin təşəkkülü və inkişafı ilə bağlıdır. Artıq mənalı ömrü poetik salnaməyə çevrilən şair 60 ilə yaxın gənclik ehtirası ilə yazıb-yaratmışdır. Azərbaycan sovet şerinin yaranışı Süleyman Rüstəmin yeni sənət naminə əlinə qızıl qələm götürdüyü vaxtdan başlayır. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdən etibarən o, bütün istedad və bacarığını xalqa, Ana Vətənə həsr etmiş, ədəbiyyatımızın mübariz bayraqdan olmuşdur. "Seçilmiş əsərləri"nin I cildində şairin poeziyasından nümunələr toplanmışdır. Döyünən təmiz qəlb çırpıntılannın aydın duyulduğu bu poetik parçaların lirik qəhrəmanı varlığa, təbiətə çox incə, həssas münasibət bəsləyən şəxsiyyətdir. Məhəbbət, vüsal, hicran dəmləri, təbiətin ilk növbədə coşqun çağlan: bahar, Xəzər, Abşeron, Kalqın adət-ənənələrindəki gözəlliklərə hörmət... bu lirik qəhrəmanın
məzmununa bir genişlik gətirir. Bu qəhrəman dövrün poeziyasının səciyyəvi cəhətlərini özündə toplayan obrazdır.