Seçilmiş əsərləri. Üç cilddə. III cild
Müəllif | Şirvani Seyid Əzim |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | 9 |
Nəşriyyat | AVRASİYA PRESS |
Nəşr yeri | Bakı |
Şirvani Seyid Əzim. Seçilmiş əsərləri. Üç cilddə. III cild. Bakı, AVRASİYA PRESS, 2005.
Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Seyid Əzim Şirvani bir müddət Şamaxıda açılmış məktəbdə müəllim olmuşdur. Böyük mütəfəkkirin müəllimlik fəaliyyəti onu yeni səpkidə əsərlər yazmağa sövq etmişdir. Seyid Əzimədək Azərbaycanda açılmış məktəblərdə fars şairi Sədi Şirazinin “Gülüstan” kitabını dərslik kimi keçirdilər. Təəssübkeş şairimiz təhsilimizi milliləşdirmək məqsədilə həmin kitabın müqabilində orta məktəb şagirdləri üçün “Rəbiiil-ətfal” (“Uşaqların fəsli”) adlı kitabını yazıb, orta məktəblərə dərslik kimi təqdim etmişdir. Şairin bu cildinə məhz həmin kitabı daxil edilmişdir. Bu kitab milli mövzular əsasında yazılmış son dərəcə yüksək
tərbiyəvi əhəmiyyətə malik bir dərs vəsaitidir. Kitab həm də Azərbaycan pedaqogika, dərslikyazma tarixi üçün mühüm əhəmiyyət kəsb edir.