E-KİTABLAR


Seçilmiş əsərləri. Beş cilddə. IV cild

Müəllif Səməd Vurğun
Nəşr olunduğu il 2005
Elm sahəsi 9
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. IV cild. Bakı, Şərq-Qərb, 2005.

Öz qaynağını xalq yaradıcılığı çeşməsindən götürmüş Səməd Vurğun sənəti xalqın dühası kimi zəngin və zəngin olduğu qədər də sadədir. O sehrli sadəliyi ilə Vurğun sənəti bu gün də bizim ədəbiyyatımızın yollarını işıqlandıran bir məşəldir. Cəmi əlli il ömür sürmüş ustad şairin zəngin yaradıcılıq irsində onun mənzum dram əsərləri də əhəmiyyətli yer tutur. “Seçilmiş əsərləri”nin bu cildinə müqtədir sənətkarın “Vaqif’ (1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) pyesləri daxil edilmişdir. “Vaqif’ dramı əslində Səməd Vurğunun adı, şəxsiyyəti, milli poetik “mən”i ilə ən çox bağlı olan əsərdir. “Vaqif’ həm də şair və onun taleyi haqqında dramdır. Əsərin bir çox səhnələri xalq yaddaşında zərb-məsələ çevrilib yaşamaqdadır. Nizami yaradıcılığından ən gözəl tərcüməni (“Leyli və Məcnun”) Səməd Vurğun etdiyi kimi, Nizami mövzusunda ən gözəl və orijinal əsəri də məhz o yazmışdır. “Fərhad və Şirin” Vurğun sənətinin şəksiz uğurları sırasındadır. Şərq şerinin klassik eşq dastanına yeni məna verən müəllif məhəbbət süjetinin əxlaqi mahiyyətini ön plana çəkir. “İnsan” mənzum romantik-fəlsəfi dramında isə Hörmüz-Əhrimən, Xeyir-Şər, Faust, Hamlet sualı və fəlsəfəsi ilə bağlı əbədi düşüncə davam edir. Bu əsərində Vurğun dahi Nizaminin müdriklik dünyası anlayışları ilə zəmanəsinə şərh verməyə çalışır. Görkəmli dramaturqun her üç eseri uzun illər boyu teatrlarımızın repertuarında yer almış, saysız-hesabsız tamaşaçılar toplamışdır.