E-KİTABLAR


Seçilmiş əsərləri. Beş cilddə. II cild

Müəllif Səməd Vurğun
Nəşr olunduğu il 2005
Elm sahəsi 9
Nəşriyyat “Şərq-Qərb”
Nəşr yeri Bakı

Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005.

Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür ənənəsi XX yüzilin ortalarında öz təkrarsız əksini Səməd Vurğun poeziyasında tapır. Çünki Vurğun ilhamının poetik məcrası, onun sənətkar marağının bədii əhatə dairəsi on geniş fəlsəfi miqyasları, coğrafi üfiiqlori birləşdirir. Dövrün böyük poeziyasını yaradan Vurğunun hətta rəsmi ideologiya qəliblərinə az və ya çox dərəcədə uyğun tərənnüm xarakterli şeirləri do yüksək poetik ilhamla və səmimi şair duyğularyla qələmə alınmışdır. “Seçilmiş əsərleri”nin bu cildinə ilhamlı şairin 1938-1955-ci illərdə yazdığı şeirlər toplanmışdır Bu gerçək poeziya nümunələri sovet hakimiyyəti dövründə həqiqi istedadın həmişə qarşılaşa bildiyi böyük çətinliklərin uğurlu bədii həllinin birər örnəkləridir. Həmin şeirlərin hər birində Vurğun eyni vaxtda üç qatda - Azərbaycan, Dünya və Tarix adlı üç məkanda yaşayan filosofdur