E-KİTABLAR


İskəndərnamə

Müəllif Nizami Gəncəvi
Nəşr olunduğu il 2011
Elm sahəsi 9
Nəşriyyat ADİLOĞLU
Nəşr yeri Bakı

Nizami Gəncəvi. İskəndərnamə. Bakı, ADİLOĞLU, 2011.

Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi saydan "Iskəndərnamə" "Xəmsə"nin beşinci kitabıdır. Dahi şair yaradıcılığının əzəmətli yekunu olan bu son əsərində ömrü boyu arzuladığı, həyatda görmək istədiyi ideal cəmiyyəti təsvir etmişdir. "Şərəfnamə"də İskəndərin elm və siyasət aləmindəki böyük nailiyyətləri göstərilir, onun tərbiyəsindən, təhsilindən, hökmdarlığından, yürüşlərindən və ümumiyyətlə, onun böyük şan-şöhrətə çatmasından bəhs olunur. "Iqbalnamə" əsəri Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi hesab olunan "İskəndərnamə"nin ikinci hissəsidir. İskəndərin kamil insan, alim və ağıllı, müdrik bir filosof kimi təsvir olunduğu bu hissədə Nizami ictimai, fəlsəfi düşüncələrə üstünlük vermiş, insan ağlının təntənəsindən bəhs etmiş, elecə də insan və təbiət, yaradılış və dünya, həyal və ölüm, elm və din kimi məsələlərlə bağlı dövrün ən qabaqcıl görüşlərini əks etdirmişdir. "İqbalnamə', "Şərəf namə" ilə bir yerdə bütöv əzəmətli əsər olan "İskəndəmamə"nin birbiri ilə sıx bağlı iki budağıdır.