Seçilmiş əsərləri
Müəllif | Mir Cəlal |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | 9 |
Nəşriyyat | "Şərq-Qərb" |
Nəşr yeri |
Mir Cəlal. Seçilmiş əsərləri. , "Şərq-Qərb", 2005.
XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutan Mir Cəlal qiymətli hekayə və romanlar müəllifi kimi tanınmışdır. Ədibin güldürə-güldürə düşündürən, bir-birindən gözəl və mənalı onlarca əsəri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Təqdim olunan kitabda görkəmli yazıçının seçmə hekayələri və "Açıq kitab"
romanı toplanmışdır. İdeya-bədii məqsədi, fikir qayəsi həmişə aydın və işıqlı olan müəllifin bu hekayələrində həyatın dərin qatlarına enilir, köhnəliklə yeniliyin mübarizəsi, inkişafa mane olanların tənqidi önə çəkilir. Kəskin tənqidi-satirik ruhu ilə seçilən və sənətkarlıq baxımından qüvvətli "Açıq kitab" romanında isə dövrün əsas qüsuru kimi "gəldiyevçilik" əsl bədii-fəlsəfi ümumiləşmə səviyyəsində ifşa olunur.