E-KİTABLAR


Diplomatiyanın əsasları

Müəllif Eyyubov Anar
Nəşr olunduğu il 2010
Elm sahəsi 5
Nəşriyyat İqtisad Universiteti nəşriyyatı
Nəşr yeri Bakı

Eyyubov Anar. Diplomatiyanın əsasları. Bakı, İqtisad Universiteti nəşriyyatı, 2010.

Diplomatiyanı müəyyən edən digər bir qurum ölkə parlamentidir ki, burada da diplomatiyanın hüquqi əsasları, qanunvericilik əsasları formalaşır. Diplomatiya qanunvericiliklə hüquqi status əldə edir. Dövlətin xarici siyasətinin icrasını həyata keçirən ümumiləşdirici qurum isə xarici işlər nazirlikləri və xarici siyasət ofisləridir. Diplomatiyanın bir peşə sahəsi kimi tarixi qədimdir. Dövlətlər yaranandan indiyə qədər beynəlxalq münasibətlər olub. Diplomatiya tarixən dövlətlər arasında əlaqələri yaradan vasitə kimi əhəmiyyət kəsb edib. Diplomatiya dövlət siyasətinin tərkibini özündə cəmləşdirən aktlardan ibarətdir.