Tofiq Murtuza oğlu Nağıyev: biblioqrafik göstərici
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | 21 |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. Tofiq Murtuza oğlu Nağıyev: biblioqrafik göstərici. Bakı, Elm, 2021.
Biblioqrafiya kimya elminin inkişafına fundamental elmi tədqiqatları və “Kimyəvi əlaqə”, “Kimya və biologiyada sinxron reaksiyaların qarşılıqlı əlaqəsi”, “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları”, “Sinxron reaksiyalara koherent baxış”, “Əlaqə reaksiyaları müasir ideyalar kontekstində” monoqrafiyaları ilə xüsusi töhfələr verən və “Nağıyev effekti” ilə tanınan akademik Tofiq Nağıyevin həyat və yaradıcılığına həsr olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, kimya elmləri doktoru, professor, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyaları” şöbəsinin müdiri, Dövlət mükafatı laureatı akademik Tofiq Murtuza oğlu Nağıyevin biblioqrafiyası 1964-2021-ci illəri əhatə edir. Biblioqrafiyaya alimin Azərbaycan dilində v ə xarici dillərdə çap olunmuş kitabları, elmi məqalə, tezisləri, dövrü mətbuatda dərc edilmiş m əqalələri, rəhbərlik etdiyi dissertasiya işləri, müəlliflik şəhadətnamələri və patentlərinə dair məlumatlar daxil edilmişdir. Biblioqrafiyada T. Nağıyevin həyat və fəaliyyətinə dair oçerkdə elmi-pedaqoji, ictimai fəaliyyətinin əsas istiqamətləri, həmçinin milli ensiklopediya və maarifçilik fəaliyyətindən bəhs olunur.