Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, doqquzuncu cild. Cənubi Azərbaycan ədəbiyyatı.
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, doqquzuncu cild. Cənubi Azərbaycan ədəbiyyatı. . Bakı, Elm, 2021.
On cildlik Azərbaycan ədəbiyyatı tarixinin IX cildi Cənubi Azərbaycan ədəbiyyatını əhatə edir. Problemlər konkret mərhələ və istiqamətlər üzrə öyrənilmişdir.
Akademik nəşrdə XIX əsr Cənubi Azərbaycan ədəbiyyatını meydana çıxaran sosial-siyasi və ədəbi-mədəni mühit, habelə dövrün maarifçilik hərəkatının təşəkkülü, inkişaf mərhələləri, maarifçi-realist ədəbiyyatın ideya-məzmun, dil və üslub xüsusiyyətləri tədqiqini tapmışdır. Kitabda Cənubi Azərbaycanda milli azadlıq uğrunda mübarizə (1906-1920), milli müqavimət (1920-1941) dövrləri ədəbiyyatı elmi əsaslarla təhlil edilmişdir. Cilddə İkinci Dünya müharibəsi illərindəki milli hərəkatın istiqlal ədəbiyyatı
(1941-1946), sonrakı illərin (1947-1979) ədəbi prosesi və İran İslam inqilabından sonrakı (1979-cu ildən) yeni mərhələ, habelə dünyadakı Cənubi Azərbaycan mühacirətinin ədəbi fəaliyyəti təqdim olunmuşdur. Fundamental tədqiqat işində hər bir tarixi-ədəbi mərhələnin geniş icmalları və əhatəli portret-oçerkləri verilmişdir