E-KİTABLAR


Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, beşinci cild. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü

Müəllif
Nəşr olunduğu il 2021
Elm sahəsi 9
Nəşriyyat Elm
Nəşr yeri Bakı

. Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, beşinci cild. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü. Bakı, Elm, 2021.

Azərbaycan ədəbiyyatı tarixinin V cildində XIX əsrdə Azərbaycanda yaranmış ədəbiyyat tədqiqata cəlb edilmişdir. XIX əsrin birinci yarısında Azərbaycan ədəbiyyatında klassik divan şeiri ənənələri ilə maarifçi ideyalar yanaşı inkişaf etmişdir. Əsrin ikinci yarısında yaranan ədəbiyyatda isə realist-satirik xətt aparıcı olmuşdur. Ümumilikdə Azərbaycan ədəbiyyatı tarixinə maarifçi realizm dövrü kimi daxil olan XIX əsrdə maarifçilik hərəkatı geniş vüsət almış, bu hərəkatın banisi Mirzə Fətəli Axundzadənin yaradıcılığı Azərbaycanda maarifçi ədəbi-ictimai fikrin yeni inkişaf xəttini müəyyən etmişdir. XIX əsrdə Azərbaycan ədəbiyyatında ədəbi növlərin və janrların yeniləşməsi və inkişaf etdirilməsi baxımından baş vermiş mühüm dəyişikliklər bu cilddə öz əksini tapmışdır. Azərbaycan ədəbiyyatı tarixinin V cildində Azərbaycanda milli teatrın və mətbuatın yaranması, aşıq poeziyası, təriqət ədəbiyyatı və Cənubi Azərbaycanda yaranan ədəbiyyat tədqiqata cəlb edilmişdir.