Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, dördüncü cild. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər)
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, dördüncü cild. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər). Bakı, Elm, 2021.
“Azərbaycan ədəbiyyatı tarixi”nin IV cildində ilk dəfə olaraq XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı milli ədəbiyyat tarixinin ayrıca bir inkişaf mərhələsi kimi təqdim olunur. Erkən yeni dövr adlanan bu ədəbi-tarixi mərhələ orta əsrlər Azərbaycan romantik ədəbiyyatının yekunu və yeni dövr ədəbi proseslərinin başlanğıcıdır. XVII əsr Azərbaycan ədəbiyyatı orta əsr romantik ədəbi ənənələrindən yeni dövrün realist ədəbiyyatına keçid prosesi, hazırlıq mərhələsi hesab olunur. XVIII əsrdə isə Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin və müasirlərinin simasında erkən realizm ədəbi cərəyanı formalaşmışdır. Kitabda Erkən yeni dövr Azərbaycan ədəbiyyatına dair elmi icmallar və portret-oçerklər verilmişdir.