E-KİTABLAR


Dini-mifoloji kontekstdə kosmoqonik və esxatolojik miflər (Əvvəl zamanla axırzaman qissələrinin folklorlaşması)

Müəllif Füzuli Bayat
Nəşr olunduğu il 2024
Elm sahəsi 17
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Füzuli Bayat. Dini-mifoloji kontekstdə kosmoqonik və esxatolojik miflər (Əvvəl zamanla axırzaman qissələrinin folklorlaşması). Bakı, Elm və təhsil, 2024.

Bu kitabda dini qissələrin folklorlaşmasının xalqlara, coğrafiyaya və milli dəyərlərə görə yenidən variantlaşması öyrənilmiş, səmavi kitablarda dini qissələrin yayılma tezliyi və tərkibi araşdırılmışdır. Dini folklor III kitabında qissələrin folklorlaşması mifik, əfsanəvi və nağılvari təhkiyə variantlarında araşdırılmışdır. Quran qissələrinin İsrailiyat vasitəsiylə şifahi icra ortamına daşınması və bəzilərinin mif, bəzilərinin epik əsər, bəzilərinin tiyatro, bəzilərinin də lirik söyləm şəklində variasiya edilməsinin səbəbi Quranın bənzərsiz ritorikası ilə izah edilmişdir. Qissənin məzmunu önəmli olsa da kosmoqoniya və esxatologiyanın folklorlaşmasında tək ilahi qaynaq (teoinformativ düşüncə) əsas alınmış, fərqli janrlara çevrilmə prosesi təhlil edilmişdir.