Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, üçüncü cild. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, üçüncü cild. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).. Bakı, Elm, 2020.
On cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının üçüncü cildi XIII-XVI yüzilliklər Azərbaycan ədəbiyyatını əhatə edir. Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyasına əsasən XIII-XVI əsrlər ədəbiyyatımızın orta əsrlər dövrü hesab olunur. XIII əsrdə anadilli ədəbiyyatın təşəkkülünü şərtləndirən ictimai-iqtisadi və tarixi-siyasi mühitin kontekstində Azərbaycan dilində ilk poetik əsərlər yazmış İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi kimi şairlərin, habelə Yunus Əmrənin yaradıcılığı təhlil obyektinə çevrilir. Burada anadilli epik poeziyanın anonim “Dastani-Əhməd Hərami” və Qul Əlinin “Qisseyi-Yusif”, Yusif Məddahın “Vərqa və Gülşah”, Mustafa Zərir və Suli Fəqihin “Yusif və Züleyxa” poemaları ədəbiyyatımızın gözəl örnəkləri kimi araşdırılır. Anadilli bədii yaradıcılığın ilk nümunələrinin araşdırılması zamanı bu ədəbiyyatın həm ümumtürk qaynaqları, həm də Yaxın və Orta Şərq ədəbiyyatı ənənələri göz önünə alınır ki, bu da XIII-XV əsrlər Azərbaycan poeziyasının unikal və orijinal ədəbi hadisə kimi qiymətləndirilməsinə zəmin yaradır.