Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, I cild. Şifahi xalq ədəbiyyatı
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. Azərbaycan ədəbiyyatı tarixi. On cilddə, I cild. Şifahi xalq ədəbiyyatı. Bakı, Elm, 2018.
Çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi kökü minilliklərə dayanan milli-mənəvi və mədəni irsimizin əsas tərkib hissələrindən olan şifahi xalq ədəbiyyatına həsr edilmişdir. Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatı bütöv bir sistem kimi alınaraq ayrı-ayrı ədəbi növ və janrlarının tarixi təkamül və təşəkkülü, struktur-semantik səciyyəsi, ideya-məzmun tutumu, bədii-estetik məziyyətləri ilə əlaqəli şəkildə öyrənilmişdir. Cilddə şifahi bədii düşüncənin tarixi inkişafı folklor yaradıcılığının ümumi mənzərəsi və müxtəlif janrların daxili təkamülü kontekstində araşdırılmışdır. Folklorşünaslığımızın elmi təcrübəsinə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci – “Şifahi xalq ədəbiyyatı” cildində akademik İsa Həbibbəylinin ədəbiyyatşünaslığımızda ilk dəfə geniş və sistemli şəkildə araşdırmaya cəlb edilən “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı tədqiqatı, tanınmış folklorşünas alimlərimizin mifologiya, folklorun arxaik və ənənəvi janrları, epos-dastan yaradıcılığı, ozan-aşıq sənəti və s. ilə bağlı dəyərli oçerkləri təqdim olunur.