Azərbaycan türklərinin təşəkkülü tarixindən
Müəllif | Qiyasəddin Qeybullayev |
---|---|
Nəşr olunduğu il | 1994 |
Elm sahəsi | 7 |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərnəşr, 1994.
Azərbaycan xalqının mənşəyi problemi əsrimizin 30- cu illərinin zillətli qeyri-milli siyasətilə yanlış bir istiqamətə yönəldildi. Aydındır ki, ―Azərbaycan xalqı‖ deyiləndə, onunçoxsaylı türk dilində danışan əhalisi nəzərdə tutulurdu. Həmin dövrün ortalarında bu xalqın mənşəyi problemi heçə endirildi, ―türk‖ və ―türk dili‖ sözləri ―azərbaycanlı‖ və ―Azərbaycan dili‖ sözləri ilə əvəz edildi.Azərbaycan türk xalqı və dili yer adını təmsil edən ümumi məfhum içində əridildi.Azərbaycan xalqının yetkinləş məsi gedişində türk etnoslarının iştirakı tədqiqat obyekti kimi sönükləşdi,adda-budda eşidilən səslər isə siyasi yollarla kəsildi. Midiyalılar Azərbaycan xalqının əcdadları kimi qələmə verilməyə başlandı.