Azərbaycan tarixi üzrə qaynaqlar
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | 7 |
Nəşriyyat | Çıraq‖ |
Nəşr yeri | Bakı |
. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, Çıraq‖, 2007.
Kitabda verilən qaynaqlar bir-birindən istər mənşəcə, istərsə də mahiyyətcə seçilir. Onların yalnız bir qismi Azərbaycanın mənəvi mühitinin yetişdirməsidir, böyük bir hissəsi ayrı-ayrı ölkələrdə, tarixin ayrı-ayrı dövrlərində yazılmış tarixi-coğrafi əsərlər, gündəliklər və b. məxəzlərdəndir. Buna görə də, topludakı qaynaqlar tariximizə baxışda bir-birindən seçilən iki yanaşma meyarına əsaslanan şərti qruplara bölünür. Bunlardan birincisi indiki tarixşünaslıqda ― özünü təsviretmə adlanan üsulla bağlıdır yəni Azərbaycan tarixinin acılı-sevincli hadisələrinə sanki bu ölkənin vətəndaŞının gözü ilə baxarıq, bu tarixi və onu təmsil edən xalqı sanki ― ev güzgüsündə görürük. İkinci qrup qaynaqlar ― özgələrinin boyası ilə‖ yaranıb, yəni bu qayanqlar başqa ölkələri və xalqı təmsil edən müəlliflərin yazılardır. Söz yox ki, hər iki qrup qaynaqların obyektiv və subyektiv üstünlükləri və çatışmazlıqları var, buna görə də bunların hamısının indiki mənbəĢünaslıq elminin tənqidi gözü ilə baxmaq olur.