Azərbaycan xalq çalğı alətləri
Müəllif | Abdullayeva Səadət Abutalıb qızı |
---|---|
Nəşr olunduğu il | 2002 |
Elm sahəsi | 14 |
Nəşriyyat | Adiloğlu |
Nəşr yeri | Bakı |
Abdullayeva Səadət Abutalıb qızı. Azərbaycan xalq çalğı alətləri. Bakı, Adiloğlu, 2002.
Kitabda orta əsr müsiqişünaslarının irsi, klassik poeziya, maddi-mədəniyyət abidələri, kitab miniatürləri, muzey kolleksiyaları, səyyahların qeydləri və digər mənbələr
əsasında Azərbaycan xalq çalğı alətlərinin mərhələlərlə inkişaf tarixi və təsnifatı verilir. Müasir Azərbaycan alətşünaslığının yaranması və inkişafında tədqiqatçıların rolu nəzərdən keçirilir. Ən`ənəvi çalğı alətlərinin quruluşu, hazırlanması təsvir olunur, onların ölçüləri, texniki və bədii ifa imkanları, məişətdə, ansambl və orkestrlərin tərkibində istifadə xüsusiyyətləri göstərilir, eynitipli alətlərlə müqayisəsi verilir. Orkestrləmə və partituradan oxunuşun əsasları, Azərbaycan xalq çalğı alətlərinin tədqiqat istiqamətləri
və onların gələcək inkişafı şərh edilir. Musiqişünaslar, ifaçılar, folklorçular, müəllimlər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.