E-KİTABLAR


Nizami obrazları xalçalarda

Müəllif Tağıyeva Röya Seyfəddin qızı
Nəşr olunduğu il 1991
Elm sahəsi 14
Nəşriyyat İşıq
Nəşr yeri Bakı

Tağıyeva Röya Seyfəddin qızı. Nizami obrazları xalçalarda. Bakı, İşıq, 1991.

Nizami Gəncəvinin ölməz poemalarında xalçaçılıq sənətinə, sarayları bəzəyən gözəl xalça təsvirlərinə geniş yer verildiyini də qeyd etdi: «Şairin “İsgəndərnamə” poemasının «Şərəfnamə» hissəsində İsgəndərin Bərdə şəhərinə, Nüşabənin sarayına qonaq gəlməsi, “Xosrov və Şirin”də Xosrovun Şirinin qəsrinə getməsi səhnələrində müxtəlif xalça növlərinin, həmçinin Xosrovun ova çıxması səhnəsində məfrəşin və “Yeddi gözəl”də Azərbaycanda çox geniş yayılmış xalça məmulatı olan heybənin təsviri verilmişdir. Nizami poeziyasının özünəməxsusluğu Təbriz, Şiraz, İsfahan kimi miniatür məktəblərini sanki yenidən həyata qaytarmışdır. Təsadüfi deyil ki, Şərq təsviri sənətinin ən parlaq nailiyyəti Təbriz sənətkarlarının Nizami poemalarının süjeti əsasında yaratdıqları miniatürlər olmuşdur. Nizami obrazları süjetli Azərbaycan xalçalarında da mühüm yer tutur. XVI əsrdə toxunmuş “Leylinin səhrada Məcnunla görüşü” süjetli xalçaları bizə məlum olan ən qədim xalçalardandır». Xalçalarla yanaşı, Nizami obrazlarına misgərlik nümunələrində, saxsı qablar üzərində və tikmələrdə də rast gəlinir. Sənətkarlar əl işlərinin bədii dəyərini artırmaq, onu daha da gözəlləşdirmək məqsədi ilə klassik ədəbi obrazlardan, xüsusən də Nizami obrazlarından yararlanmışlar.