GERIYƏ

Seçilmiş əsərləri

Müəllif Anar
Nəşr olunduğu il 2004
Elm sahəsi Filologiya elmləri
Nəşriyyat Lider nəşriyyat
Nəşr yeri Bakı

Anar. Seçilmiş əsərləri. Bakı , Lider nəşriyyat, 2004.

İyirminci yüzil Azərbaycan mədəniyyətinin özünəqədərki və özündənsonrakı çağlarının ilgəyini yaradıban bütövlüyünü təmin edən bir orqanik zamandır. Məhz XX yüzildə Azərbaycan mədəniyyəti özünütəşkil prinsiplərini müəyyənləşdirdi, hansı köklərdən gəlib hansı yönlərə budaqlandığını aydınlatdı, tarixin hansı çağlarında siyasi-mədəni epiqonçuluğa varıldığını, hansı yolların səhv gedildiyini, nələrdə büdrədildiyini, hansı istiqamətlərdə düzgün addım atıldığını, hansı səmtlərdə irəli getməyin mümkün və gərək olduğunu sezdi. Azərbaycan mədəniyyətinin onurğa sütunu XX əsrin güclü birləşdirici "fəqərəsi" ilə bərkiyib qayım oldu. Azərbaycan mədəniyyətinin bu tarixi-genetik bütövlüyünün dərk olunması və yaradılmasında müstəsna xidmətləri olan mütəfəkkir sənətkarlarımızdan biri də, şübhəsiz ki, Anardır.