GERIYƏ

Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti

Müəllif Dilarə Nağıyeva-Muxtarova
Nəşr olunduğu il 2011
Elm sahəsi Tarix
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Dilarə Nağıyeva-Muxtarova. Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyəti. Bakı , Elm, 2011.

Monoqrafiyada ilk dəfə olaraq Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyəti kompleks şəkildə tədqiq olunub. XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı neft sənayesinin canlanmasının mədəni və ictimai həyata təsiri, Azərbaycan milyonçuları içərisində öz vətənpərvərliyi, xeyirxahlığı ilə seçilən Ağa Musa Nağıyevin həyat və fəaliyyətinin çox hissəsi elmi dövriyyəyə ilk dəfə cəlb olunan tarixi sənədlər əsasında öyrənilib. Monoqrafiyada milyonçunun keçdiyi keşməkeşli həyat yolu tam şəkildə izlənilir, onun millət yolunda fədakarcasına gördüyü işlər yer alır. Burada həmçinin sovet dövründə milyonçunun nəslinin davamçılarının repressiyalara, sürgünlərə məruz qalmaları, daim təzyiq altında yaşamaları faktları göstərilib. Bu monoqrafiya Azərbaycan tarixinin bütöv bir dövrünə işıq salan sanballı tədqiqat əsəri kimi tarixçilər, ictimai fikri öyrənən tədqiqatçılar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.