Dünya iqtisadiyyatı vә Azәrbaycan. Dәrslik.
Müəllif | Hacızadә E.M. |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | “Letterpress” nәşriyyat evi |
Nəşr yeri | Bakı |
Hacızadә E.M.. Dünya iqtisadiyyatı vә Azәrbaycan. Dәrslik.. Bakı, “Letterpress” nәşriyyat evi, 2018.
Dәrslikdә dünya iqtisadiyyatının formalaşmasının vә inkişafının nәzәri әsaslarının vә praktiki mәsәlәlәrinin tәdqiqi qloballaşma meyillәri, inkişafın tempi vә proporsiyaları, kapitalın beynәlxalq hәrәkәti, dünya әmtәә vә xidmәtlәr bazarının xüsusiyyәtlәri vә buradakı qiymәtyaranma proseslәri, val - yuta-maliyyә münasibәtlәri vә digәr aktual problemlәri mәcmusunda öz әksini tapmışdır. Dünya tәsәrrüfatının özәlliklәrini xarakterizә edәn çoxsaylı statistik vә analitik materiallar dәrsliyin mәtninә daxil edilәrәk, ayrı-ayrı ölkәlәrdә tәbii sәrvәtlәr, elmi-texniki vә insan potensialı, iqtisadiyyatın müasir vәziyyәti vә trendlәri, makroiqtisadi göstәricilәrin müqayisәsi, baza vә infrastruktur sahәlәrinin zәif vә güclü tәrәflәri, ekoloji problemlәr, iqtisadi proseslәrin dövlәt tәnzimlәnmәsinin forma vә metodları, inteqrasiyanın dәrinlәşmәsi vә inkişafın strateji istiqamәtlәri haqqında mәsәlәlәr geniş elmi şәrhdә verilmişdir. Dәrsliyin spesifikliyi vә mühüm cәhәti Azәrbaycan Respublikasının beynәlxalq әmәk bölgüsü sistemindә yeri vә rolu, onun dünya iqtisadiyyatına inteqrasiyasının dәrinlәşmәsi perspektivlәrinin tәhlili vә tәqdimatı ilә bağlıdır. Dәrslik tәlәbәlәr, doktorantlar, müәllimlәr, elmi işçilәr, mütәxәssislәr vә hәmçinin, dünya iqtisadiyyatının problemlәri ilә maraqlananların istifadәsi üçün nәzәrdә tutulur.