GERIYƏ

Girdiman tarixi (IV-IX əsrlər)

Müəllif Cəbiyev Qafar Cəfər oğlu
Nəşr olunduğu il 2010
Elm sahəsi Tarix
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Cəbiyev Qafar Cəfər oğlu. Girdiman tarixi (IV-IX əsrlər). Bakı, Şərq-Qərb, 2010.

Əsərdə erkən orta əsrlərdə Qafqaz Albaniyasında mövcud olan inzibatisiyasi vahidlərdən birinin - Girdiman vilayətinin tarixindən bəhs olunur. Yazılı mənbələrin məlumatları, arxeoloji materiallar, qədim toponimlər və etnik-mədəni reallıqlar əsasında Girdiman ərazilərinin indiyədək güman edildiyi kimi Albaniyanın qərbində, yaxud da Şimal-qərbində deyil, şirvan ərazisində olduğu əsaslandırılır. Ərazinin təbii-coğrafi xarakteristikası və əhalinin məskunlaşma dinamikası verilməklə maddi-mədəniyyət abidələri və təsərrüfat həyatından bəhs olunur. Girdiman vilayətinin Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında yeri və rolu araşdırılır. Bir sözlə, bu kitab Albaniyanın inzibati-siyasi vahidlərindən biri olan Girdiman vilayətinin tarixinə həsr olunmuş ilk xüsusi tədqiqat əsəridir.