GERIYƏ

İon mayeləri, sintezi və tətbiqi

Müəllif M.C.İbrahimova, F.M.Abdullayeva
Nəşr olunduğu il 2022
Elm sahəsi Kimya
Nəşriyyat Elm
Nəşr yeri Bakı

M.C.İbrahimova, F.M.Abdullayeva. İon mayeləri, sintezi və tətbiqi. Bakı, Elm, 2022.

XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən qlobal problemlərdən biri ətraf mühitin qorunması problemidir və ekoloji zərərsiz istehsal və emal texnologiyalarının yaradılması bu problemin aradan qaldırılmasının perspektiv və praktiki əhəmiyyət kəsb edən istiqamətlərindən biri hesab olunur. Bu nöqteyi nəzərdən bu monoqrafiyanın əsas məqsədi ion mayeləri elmi istiqaməti ilə yaxından maraqlanan tələbə, magistr, doktorant və bu sahədə artıq müəyyən təcrübəsi olan digər mütəxəssislərin ion mayelərinə dair əsas anlayışlar, sintez üsulları, xassələri və tətbiq sahələri haqqında daha əhatəli məlumat əldə etmələri üçün imkan yaratmaqdan ibarətdir. Monoqrafiyada eyni zamanda həm dünya miqyasında, həm də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları tərəfindən «yaşıl kimya» prinsiplərini qoruyan ion mayeləri, ion maye monomerlər və ion maye polimerlərin sintezi, tədqiqi və geniş spektrli tətbiq sahələri istiqamətində aparılmış tədqiqatların nəticələrini əks etdirən məlumatlar verilmişdir.