İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər
Müəllif | Məlikli Günel |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Nurlar NPM |
Nəşr yeri | Bakı |
Məlikli Günel. İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər. Bakı, Nurlar NPM, 2018.
Monoqrafiyada cənab prezident İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər problemi araşdırılır. Burada milli prioritetlərdə tarix və müasirlik məsələsi, Azərbaycanın xarici siyasət doktrinası və xarici siyasət strategiyası milli dövlət maraqlarının formalaşdırılması baxımından nəzərdən keçirilir, XX əsrdə Azərbaycanın milli dövlətçiliyə doğru keçdiyi tarixi yol və XX-XXI əsrlərdə milli mədəniyyətin formalaşmasında siyasi münasibətlərin rolu təhlil olunur, müstəqilliyə doğru aparan yolda ümummilli lider Heydər Əliyev fenomeni və milli prioritetlərin təyin edilməsində cənab prezident İlham Əliyevin rolu araşdırılır. Bundan başqa, Azərbaycanın gələcəyini formalaşdıran müasir siyasi strategiya nəzərdən keçirilir. Monoqrafiya müəllimlər, tədqiqatçılar, doktorantlar, tələbələr, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.