Bir göz qırpımı
Müəllif | Ann Filip |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Parlaq İmzalar |
Nəşr yeri | Bakı |
Ann Filip. Bir göz qırpımı. Bakı, Parlaq İmzalar, 2018.
Ann Filipin kitabının üslubunu təyin etmək çətindir. Bu nə povestdir, nə xatirə, nə də lirik gündəlik. Bu, vəfat etmiş ərin xəyalına müraciətlə söylənən monoloqdur, son söhbətdir. Bu, sevən qadın qəlbinin naləsi, əsl məhəbbətin nə olduğunu bilən bir insanın könül çırpıntılarıdır. İnsan kitabı oxuduqca özünü, sevən bir qadının düşüncə selində hiss edir, onun yaşadığı iztirabları, sevincləri anbaan yaşayır.